Serbiya millisinin yeni baş məşqçisi bəlli olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, federasiya bu posta yerli mütəxəssis gətirib.

Belə ki, bir neçə namizəd olmasına baxmayaraq, komanda Lyubişa Tumbakoviçə həvalə edilib. Tərəflər arasında münasibətlər artıq rəsmiləşib.

Qeyd edək ki, Lyubişa Tumbakoviç 2016-cı ildən keçən aya qədər Monteneqro yığmasına rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest