Qazaxıstan Premyer Liqasında XVI turun simvolik komandası müəyyənləşib. Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə rəmzi heyətə düşüb. Hesabat turunda səfərdə "Jetısu" üzərində 1:0 hesablı qələbə qazanan Balayevin komandası "Tobol" turnir cədvəlində 1-ci pilləyə yüksəlib.

Qazaxıstan Premyer Liqasında XVI turun simvolik komandası müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə rəmzi heyətə düşüb.

Hesabat turunda səfərdə "Jetısu" üzərində 1:0 hesablı qələbə qazanan Balayevin komandası "Tobol" turnir cədvəlində 1-ci pilləyə yüksəlib. Matçda bir neçə real qol şansının qarşısını alan 25 yaşlı qolkiper qələbədə böyük pay sahibi kimi, simvolik "11-liy"ə salınıb.

Balayev çempionatda artıq ardıcıl 7-ci oyundu ki, qol buraxmır. Onunla yanaşı, komanda yoldaşları Fernander Kassai və Nika Kvekveskiri də rəmzi heyətə düşüblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest