"Rəqib komanda futbolçuların diqqətsizliyindən və bir dəfə ani səhvimizdən istifadə edib qol vurdu. Ümumiyyətlə, bu oyunu iki hissəyə bölsək, ikinci hissəni aktivimizə yazmaq olar".

"Sonuncu yoldaşlıq görüşümüzü keçirdik. Şimali Makedoniya komandası da, bizim kimi, Avropa Liqasında çıxış edir". Matc.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bolqarıstanda təlim-məşq toplanışı keçən paytaxt təmsilçisi son yoxlama görüşündə "FK Makedoniya"ya 0:1 hesabı ilə məğlub olub.

Klubun rəsmi saytına açıqlamasında qarşılaşmanı və ümumi toplanışı dəyərləndirən Hacıyev narazılığın dilə gətirib: "Rəqib komanda futbolçuların diqqətsizliyindən və bir dəfə ani səhvimizdən istifadə edib qol vurdu. ümumiyyətlə, bu oyunu iki hissəyə bölsək, ikinci hissəni aktivimizə yazmaq olar. İkinci hissədə qol epizodlarımız çox oldu. Nəticə önəmli olmasa da, istəyirdik ki, vətənə pozitiv notlarla dönək. Lakin bizim üçün ən önəmlisi UEFA Avropa Liqasındakı nəticə olacaq. ümumi götürdükdə, toplanışdan razı qala bilmərəm. çünki yeni komanda formalaşdırmışıq. Bildiyiniz kimi, keçən ildən 11 futbolçu komandanı tərk etdi. Yeniləri isə gec qoşuldular. Demək olar ki, toplanışın axırına gəldilər. Buna baxmayaraq, çalışacağıq ki, meydanda sona qədər mübarizə aparaq".

Qeyd edək ki, Bolqarıstan toplanışı çərçivəsində 4 oyun keçirən və bunun 3-də məğlub olan "Səbail" qol vura bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest