Azərbaycanı çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Avstriya toplanışını başa vurmaq üzrədi. Matc.az saytının məlumatına görə, Azərbaycan çempionu bu gün son yoxlama görüşünə çıxıb.

Qurban Qurbanov yetirmələrini "Viktoriya" ilə qarşılaşmada sınayıb. Bakı vaxtı ilə 19:00-da start götürən Plzen klubu ilə görüş heç-heçə başa çatıb. 84-cü dəqiqəyə qədər 2:0 öndə olan Azərbaycan çempionu 1 dəqiqəyə 2 qol buraxaraq, meydanı "sülh"lə tərk edib.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində "Ludoqorets"ə (Bolqarıstan) uduzub (0:2), "Universitatya Krayova" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, "Ufa"ya (Rusiya) isə qalib gəlib (2:1).

 

Yoxlama görüşü

2 iyul

19:00. "Qarabağ" - "Viktoriya" (çexiya) 2:2
Qol: M.Emreli, 42; 52.

Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest