“Hər iki komanda qızıl medal qazanmaq istəyirdi. Allah bizə nəsib etdi”. Matc.az xəbər verir ki, bunu qadın voleybolçular arasında Azərbaycan yüksək Liqasının qalibi olan “Turan” klubunun prezidenti Həsən Zeynalov deyib.

“DH Volley”ə qarşı final qarşılaşmasının çox gərgin keçdiyini bildirən Zeynalovun fikrincə, həyəcanverici və möhtəşəm oyun alındı: “Bu qələbə bizə böyük sevinc bəxş etdi. Gələcək planımız Avropaya getməkdir. Bu nailiyyətləri beynəlxalq arenalarda davam etdirmək niyyətindəyik.

Artıq bütün fikrimiz Avropa kuboklarındadı. Avrokuboklarla bağlı seçimlər təkcə bizdən yox, digər yerləri tutan komandaların da iştirak qərarından asılıdır.

Amma inanıram ki, 99 faiz ehtimalla qitə miqyaslı yarışlarda ölkəmizi təmsil edəcəyik".

Qeyd edək ki, “Turan” finalda “DH Volley”i 3:1 hesabı ilə məğlub edərək, Azərbaycan çempionu adını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest