"çexiyanın qrupun aşkar favoriti olması hamıya məlumdu. İlk oyunda meydan sahibi Albaniyanı böyük hesabla məğlub etmişdilər". Matç.az saytı xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev deyib.

 

Yığmamız Avropa çempionatının seçmə qrup mərhələsinin II turunda çexiyaya 0:2 hesabı ilə məğlub olub.

 

Qarşılaşmadan sonra AFFA-nın rəsmi saytına fikirlərini bölüşən Quliyev bildirib ki, ilk turda Norveçə məğlubiyyət futbolçularda psixoloji təzyiq yaradıb: "Uşaqlar bu oyuna çox istəkli çıxmışdılar. Meydanda əzmkar və istəkli komanda vardı. Futbolçular hər top uğrunda mübarizə apardılar. İlk hissədə rəqibə, demək olar ki, oyun qurmağa imkan vermədik. çexiya yığması səhvimizdən istifadə edib hesabı açmağı bacardı. Qoldan sonra futbolçularımız oyun intizamını qoruyub mübarizəni davam etdirdilər. Fasilədən sonra 2-3 qol imkanı yaratdıq. Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Son 10 dəqiqədə hesabı bərabərləşdirmək üçün risk edərək üç hücumçu ilə mübarizə apardıq. Ancaq təəssüf ki, oyunun başa çatmasına 2 dəqiqə qalmış qapımızdan növbəti qolu buraxdıq. çalışacağıq ki, növbəti oyunda daha istəkli və keyfiyyətli oyun nümayiş etdirək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest