Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib. Matc.az-ın "Dinamo"nun rəsmi saytına istinadən məlumatına görə, gənc forvard bu klubla müqavilə imzalayıb.

Tibbi müayinədən uğurla keçən forvard moskvalılarla 1 illik sözləşməyə qol çəkib. O, "Dinamo"ya azad agent statusunda keçib.

***

17:00

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Moskva "Dinamo"sunda tibbi müayinədən keçib. Matc.az xəbər verir ki, bu barədə məlumatı sport24.ru saytı yayıb.

Bildirilir ki, gənc forvard tibbi müayinədən uğurla keçib və yaxın vaxtda yeni komandası ilə rəsmi müqavilə imzalayacaq. Şeydayevin "Krılya Sovetov"la müqavilə müddəti başa çatdığından, onun keçidi "Dinamo"ya havayı başa gələcək.

Qeyd edək ki, Rusiya Premyer Liqasının ötən mövsümündə 18 oyunda iştirak edən Ramil Şeydayev 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest