Yeni mövsümün hazırlıqlarını davam etdirən "Sabah" transfer çalışmalarını da sürətləndirib. Matc.az saytı xəbər verir ki, paytaxt təmsilçisi indiyə qədər 7 oyunçunu ilə rəsmi sözləşmə imzalayıb.

Premyer Liqa iştirakçısının transferləri artıq nömrə seçimini də ediblər. Belə ki, yeni mövsümdən Ruslan Abışov 15, Məhəmməd Mirzəbəyov 17, Bəhlul Mustafazadə 4, Cavid Tağıyev 77, Kevin Kubemba 28, Amadu Diallo 23, Hendrik Eksteyn isə 27 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sabah" yay fasiləsində hələlik Elgün Nəbiyev, Tərlan Əhmədli, Vanderson Silva, Bəxtiyar Soltanov, Novruz Məmmədov, Tərzin Cahangirov və Erik Ramosla yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest