17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II turunun oyunları davam edir. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin yer aldığı VIII qrupun digər görüşü baş tutub.

Yığmamızın çexiyaya 0:2 hesabı ilə məğlub olduğu turda ev sahibi Andorra Norveçlə qarşılaşıb. Elbasan şəhərində keçirilən qarşılaşma norveçlilərin 3:1 hesablı qələbəsi ilə nəticələnib.

İki turdan sonra çexiya və Norveç 6 xalla turnir cədvəlinə başçılıq edirsə, Azərbaycanla Albaniya aktivinə xal yazıdra bilməyib. Bu isə o deməkdi ki, Norveçlə çexiya elit-raunda vəsiqəni təmin edib. Yığmamız ən yaxşı 3-cü yeri tutan 4 komandadan biri olmaq üçün son turda Albaniyanı böyük hesabla məğlub etməlidi.

 

AVRO-2019-un seçmə oyunu

VIII qrup, II tur

26 oktyabr

Norveç – Albaniya - 3:1

Qollar: Herman Gelmuyden, 45+2 (pen.), Fredrik Oppeqard, 61, 90+4 – Elmando Qyini, 80

 

1

çexiya

2

2

0

0

8-0

6

2

Norveç

2

2

0

0

7-2

6

3

Azərbaycan

2

0

0

2

1-6

0

4

Albaniya

2

0

0

2

1-9

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest