"Fənərbaxça" ilə müqaviləsinin müddəti başa çatan Şener "Qalatasaray"a azad agent kimi keçib. 29 yaşlı sağ cinah oyunçusu yeni klubunda 2019/20 mövsümü üçün 6 milyon lirə, 2020/21 mövsümü üçün 7 milyon lirə qazanacaq.

Türkiyə çempionu "Qalatasaray" heyətinə daha iki futbolçu cəlb edib. Matc.az xəbər verir ki, İstanbul nəhəngi Cimmi Durmaz və Şener özbayraklını transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. özbayraklı ilə 2, Durmazla 3 illik müqavilə imzalanıb. 
 
"Fənərbaxça" ilə müqaviləsinin müddəti başa çatan Şener "Qalatasaray"a azad agent kimi keçib. 29 yaşlı sağ cinah oyunçusu yeni klubunda 2019/20 mövsümü üçün 6 milyon lirə, 2020/21 mövsümü üçün 7 milyon lirə qazanacaq.
 
Son olaraq Fransanın "Tuluza" klubunda forma geyinən 30 yaşlı türk əsilli isveçli yarımmüdafiəçi Cimmi Durmaz isə 2019/20 mövsümündə 6, 2020/21 mövsümündə 7, 2021/22 mövsümündə 8 milyon lirə qazanc əldə edəcək.
 
"Qalatasaray" bir neçə gün əvvəl Rayan Babel, Adem Büyük və Valentine Ozornvaforu da transfer etdiyini açıqlamışdı. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest