Rusiyanın "Ufa" klubu Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Rumıniyanın "Botoşani" klubu ilə üz-üzə gəlib.
 
Qarşılaşmanın taleyini 1 qol həll edib. Silvester İqbunun 1-ci dəqiqədə vurduğu qol futbolçumuzun komandasına qələbə qazandırıb.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest