"Ehtiyat oyunçular skamyasından ilk hissənin birinci yarısını izlədim. "Qarabağ" çox yaxşı, təşkilatlanmış futbol göstərirdi". Matc.az xəbər verir ki, bunu "Viktoriya"nın yeni transferi Dominik Yanoşek deyib.

"Qarabağ"la yoxlama görüşü keçirən çexiya klubu son dəqiqələrdə vurduğu 2 qol sayəsində məğlubiyyətdən qaçıb - 2:2. Plzen təmsilçisinin heyətində qollardan birinə Yanoşek imza atıb.

21 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında nəticənin ədalətli olduğunu söyləyib: "Matçın əvvəllərində hücum qurmaqda çətinlik çəkirdik. Lakin getdikcə oyunumuzu yaxşılaşdırdıq. Bu baxımdan bərabərliyi ədalətli nəticə sayıram. Qol vurduğum üçün şadam. Hər matçda bu cür oynamağa məcburam. Hazırkı rəqabətdə çətin olsa da, belə yaxşıdı. İndi daim öz üzərində çalışmalısan. çünki heç kim yerinin təmin olunduğuna əmin deyil. Cərimə meydanına daxil olan kimi zərbə vurmağı xoşlayıram. çünki bu məndə yaxşı alınır. Tez-tez belə cəhdlər edirəm, əlimə şans düşən kimi, bundan yararlanmağa çalışıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest