"Qol epizodunda top bir qədər geriyə sıçradı. Qapıçının mənə tərəf qaçdığını gördüm. Həmin an yeganə düşüncəm topu onun başı üzərindən atmaq idi. Belə də etdim. Məhz bu zərbəni toplanış çərçivəsində məşq etmişdim".

"Qol epizodunda top bir qədər geriyə sıçradı. Qapıçının mənə tərəf qaçdığını gördüm. Həmin an yeganə düşüncəm topu onun başı üzərindən atmaq idi. Belə də etdim. Məhz bu zərbəni toplanış çərçivəsində məşq etmişdim. Şadam ki, oyunda bunu tətbiq etdim".

Matc.az xəbər verir ki, bunu "Viktoriya"nın hücumçusu Andrey Mixalik deyib. Yay fasiləsində "Alkmaar"dan icarəyə götürülən 22 yaşlı forvard "Qarabağ"la keçirilən yoxlama görüşünü dəyərləndirib.

Komandasının ilk qolunun müəllifi olan Mixalik Azərbaycan çempionunu tərifləyib: "Qarabağ" topa nəzarət baxımından güclü idi. Oyun zamanı da bir neçə qol imkanları oldu. Ancaq son 15 dəqiqəni biz üstün keçirdik. Hətta qələbə topunu da vura bilərdik".

Qeyd edək ki, "Qarabağ" 2:0 hesabı ilə öndə olsa da, çexiya klubu 84 və 85-ci dəqiqələrdə vurduğu qolla görüşdən bərabərliklə (2:2) ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest