Azərbaycan millisinin qapıçısı Emil Balayev klubu "Tobol"un "Jetısu" ilə keçirdiyi görüşün ən yaxşıları arasında olub. XVI turdakı 1:0 hesablı səfər qələbəsinin ardından Balayev seçilən 3 oyunçudan biri olub.

Azərbaycan millisinin qapıçısı Emil Balayev klubu "Tobol"un "Jetısu" ilə keçirdiyi görüşün ən yaxşıları arasında olub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, XVI turdakı 1:0 hesablı səfər qələbəsinin ardından Balayev seçilən 3 oyunçudan biri olub.

Həmin qarşılaşmada bir superseyvlə yadda qalan və çərçivəyə gələn bütün topları tutan 25 yaşlı qolkiper "Instat"ın təhlilinə görə, 278 xalla 3-cü yeri tutub. Onun ötürmələrinin 70 faizi dəqiq alınıb.

Oyunda "Tobol"un ən yaxşısı müdafiəçi Fernandes Kassai olub (297 xal). Yarımmüdafiəçi Nika Kvekveskiri isə 290 xalla 2-ci yeri tutub.

Qeyd edək ki, "Tobol" 16 turdan sonra Qazaxıstan Premyer Liqasına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest