"Lill" heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Liqa1 təmsilçisi Reynildo Mandava və Abu Uattaranı transfer edib.

Mozambik yığmasının da şərəfini qoruyan Reynildo, "Belenenseş"dən transfer olunub. O, bu ilin yanvar ayından etibarən "Lill"də icarə əsasında çıxış edirdi. 25 yaşlı futbolçu ilə 2022-ci ilə qədər müqavilə imzalanıb.

Abu Uattara isə "Mexelen"dən gəlib. O da yanvarda "Lill"in ikinci komandasında icarədə çıxış edirdi. 19 yaşlı burkina fasolu futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest