2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının yeri müəyyənləşib. Matç.az saytının məlumatına görə, bununla bağlı qərar FİFA Şurasının Ruandada keçirilən iclasında verilib.

Ev sahibliyi üçün 4 ölkə - Litva, İran, Yaponiya və Yeni Zelandiyanın namizədliyi qəbul olunmuşdu. Yekun qərar isə Litvanın xeyrinə olub və mundial 2020-ci ildə bu ölkədə keçiriləcək.

Dünya çempionatının ilkin və əsas mərhələsinin püşatması dekabrın 12-də baş tutacaq. Bu mərhələlərin qarşılaşmaları müvafiq olaraq gələn ilin 29 yanvar – 3 fevral və 22-27 oktyabr tarixlərində oynanılacaq. Elit-raundun püşkü gələn il noyabrın 7-də oyunları isə 2020-ci ilin 28 yanvar – 2 fevralı aralığında olacaq. Pley-off mərhələsinin püşkatmasının tarixi hələ müəyyənləşməyib. Ancaq bu mərhələnin qarşılaşmaları 2020-ci ilin 9-12 aprelində keçiriləcək.

Qeyd edək ki, 2016-cı ildə Kolumbiyada baş tutan son dünya çempionatının finalında Rusiyaya 5:4 hesabı ilə qalib gələn Argentina mundialın qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest