"Atletiko"nun yarımmüdafiəçisi Rodri karyerasını İngiltərədə davam etdirəcək. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, 23 yaşlı orta sahə oyunçusu "Mançester Siti"nin formasını geyinəcək.

Pep Qvardiolanın israrla ixtiyarında görmək istədiyi həmyerlisi, həmçinin onun klubu ilə hərtərəfli razılıq əldə olunub. İspaniya millisinin üzvünün keçidi Madrid təmsilçisinə 70 milyon avro qazandıracaq. İndi yalnız rəsmi müqavilənin imzalanması qalıb.

Qeyd edək ki, Rodri "Atletiko"ya ötən il "Vilyarreal"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest