İtaliyanın "Latsio" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Roma təmsilçisi İngiltərənin "Liverpul" klubunun 20 yaşlı hücumçusu Bobbi Adekanyeni transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriyalı gənc futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Adekanye 2015-ci ildə "Barselona"dan "Liverpul"a keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest