İspaniyanın "Real" klubunun futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu avtomobil idarə edərkən polis tərəfindən saxlanılıb. 
 
Polis Marselonun spirtli içki qəbul edib-etməməsini yoxlamaq üçün test verməsini istəyib. Ancaq müdafiəçi bundan imtina edib. Marselo yerli polis orqanları tərəfindən bir illik sürücülük hüququndan məhrum edilib.
 
31 yaşlı futbolçu 2013-cü ildə də sürücülük hüququndan məhrum edilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest