"Tottenhem" daha bir aparıcı futbolçusu ilə yeni müqavilə bağlayır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Dele Allidən gedir.

Hazırkı sözləşməsi 2022-ci ilə qədər olan 22 yaşlı orta sahə oyunçusuna yeni uzunmüddətli müqavilə təklif edilib və Alli buna razılıq verib. Yaxın müddətdə bu məsələ rəsmiləşəcək. Ona qədər paytaxt təmsilçisi baş məşqçi Maurisio Poçettino ilə 2023, hücumçu Harri Keynlə isə 2024-cü ilə qədər nəzərdə tutulan saziş imzalamışdı.

Qeyd edək ki, "Tottenhem" Dele Allini 2015-ci ildə 4 milyon funt-sterlinq müqabilində "MK Dons"dan transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest