Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, geridə qalan mövsümün yekunlarına əsasən Super Liqanı tərk edən, növbəti mövsümdən TFF 1-ci liqada mübarizə aparmaq məcburiyyətində qalan Bursa təmsilçisi Yalçın Koşukavaka tapşırılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi ilə 1+1 illik müqavilə imzalanıb.
 
"Bursaspor"a yeni idman direktoru da təyin olunub. Bu vəzifəyə isə Selçuk Erdoğan gətirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest