"Qarabağ" yay fasiləsində ikinci transferini reallaşdırıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Ştutqart"ın müdafiəçisi Ailton Ferreyra Silva Ağdam klubu ilə münasibətləri rəsmiləşdirib.

ötən mövsümü icarə əsasında "Braqa"da keçirən braziliyalı müdafiəçini Azərbaycan çempionu da 1 illik icarəyə götürüb. Tibbi müayinədən uğurla keçən 24 yaşlı sol cinah müdafiəçisi rəsmi sözləşməyə qol çəkib.

Qeyd edək ki, Ailton Silvanın "Ştutqart"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest