Hakimlərin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr reallaşdıran UEFA növbəti addımını atıb. UEFA Hakimlər Komitəsinin sədri Roberto Rosetti tərəfindən AFFA Hakimlər Komitəsinə daxil olmuş məlumatda qurum tərəfindən yeni - İstedad və Mentor proqramı yaradıldığı bildirilib.

Hakimlərin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr reallaşdıran UEFA növbəti addımını atıb. Matc.az xəbər verir ki, UEFA Hakimlər Komitəsinin sədri Roberto Rosetti tərəfindən AFFA Hakimlər Komitəsinə daxil olmuş məlumatda qurum tərəfindən yeni - İstedad və Mentor proqramı yaradıldığı bildirilib.

Hazırda hakimlərin təsnifatında I kateqoriyada yer alan FİFA referisi Əliyar Ağayev də həmin proqrama daxil edilib.

Qeyd edək ki, İstedad və Mentor proqramında I kateqoriyadan (ümumilikdə Avropa üzrə 48 hakim) Elit kateqoriyaya namiz olan 11 hakim yer alıb. Proqram müddətində müxtəlif monitorinqlər aparılacaq və ən istedadlı hakimlər növbəti il Elit kateqoriyada yer alan 26 nəfərdən ən zəif göstəricilərə malik və ya son yaş həddinə çatmış referiləri əvəzləyəcək.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest