"Real" hücumçusu Raul de Tomasla vidalaşıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Madrid təmsilçisi futbolçunu "Benfika"ya satıb. Portuqaliya klubu bu keçid üçün "kral klubu"na 24 milyon avro ödəyib. Forvard yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Real"ın yetirməsi olan 24 yaşlı de Tomas ötən mövsüm "Rayo Valyekano"da icarə əsasında çıxış edib, La Liqada 33 oyunda 14 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest