Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Səbail" - "Universitatya Krayova" görüşünün təyinatları müəyyənləşib. "ASCO Arena"da baş tutacaq qarşılaşma finlandiyalılara həvalə edilib.

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Səbail" - "Universitatya Krayova" görüşünün təyinatları müəyyənləşib. Matc.az saytı xəbər verir ki, "ASCO Arena"da baş tutacaq qarşılaşma finlandiyalılara həvalə edilib.

Oyunda ədaləti Ville Nevalaynen qoruyacaq. Ona Mikko Alakare və Mika Lamppu kömək edəcəklər. Atte Jussila dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi fransalı Patrik Vattebled olacaqsa, hakimlərin işinə xorvatiyalı Miroslav Vitkoviç qiymət verəcək.

Qeyd edək ki, "Səbail" – "Universitatea Krayova" oyunu iyulun 11-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest