"Qarabağ"ın "Ştutqart"dan heyətinə qatdığı Ailton Silvanın geyinəcəyi nömrə bəlli olub. Matc.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, 24 yaşlı müdafiəçi 3 nömrəli forma altında çıxış edəcək.

Razılığa əsasən, braziliyalı futbolçu növbəti mövsümü icarə əsasında Azərbaycan çempionunun heyətində keçirəcək.

Qeyd edək ki, Ailton Silvanın "Ştutqart"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest