"Liverpul" "Çelsi"nin mərkəz müdafiəçisi Levi Kolvillə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Bildirilir ki, "Liverpul" oyunçunun müqaviləsi ilə bağlı yaranmış vəziyyətdən yararlana bilər. Kolvilin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Çelsi" müdafiəçinin yaydan əvvəl yeni müqavilə imzalamasını istəyir, lakin hələlik bunu etməyib. London klubunun 23 yaşlı futbolçunun gələcəyi ilə bağlı narahat olmadıqları vurğulanır.

Qeyd edək ki, Kolvil bu mövsüm bütün yarışlarda 4 oyunda meydana çıxıb. "Transfermarkt"da futbolçunun dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest