Joze Mourinyonun "Real"a baş məşqçi təyinatı klubun prezident seçkiləri səbəbindən təxirə salınır. "Benfika" isə portuqaliyalı menecerin müqaviləsinin vaxtından əvvəl ləğvi üçün daha böyük kompensasiya almaq üçün bu gecikmədən istifadə etmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, Mourinyonun müqaviləsində onun mayın 26-na qədər "Benfika"dan 7 milyon avroya ayrılmasına icazə verən bənd var. Bu tarixdən sonra müddət bitir və "Real" Lissabon klubu ilə kompensasiya barədə danışıqlar aparmağa məcbur olacaq.

Madrid klubu ilə bağlı vəziyyətdən asılı olmayaraq, Mourinyonun müqaviləsi 2027-ci ilə qədər olsa da, "Benfika"da qalmayacağı vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest