24 May 2026, 14:02
FUTBOL
"Real"ın hücumçusu Kilian Mbappe İspaniya La Liqasında 2025/26 mövsümünün bombardiri olub.
Matc.az xəbər verir ki, fransız hücumçu 38-ci turda "Atletik"ə qarşı evdə 4:2 hesabı ilə qalib gəldikləri oyunda da fərqlənə bilib.
Beləliklə, Mbappe cari mövsüm 31 oyunda 25 qol vuraraq bombardilər yarışında irinci olub. 23 dəfə rəqib qapısına yola tapan "Malyorka" hücumçusu Vedat Muriqi isə ikinci olub.
Mbappe ardıcıl iki mövsümdür ki, bu nəticəni göstərir. La Liqada bu göstəricidə ən yaxşı statistika 2016/17 mövsümündən başlayaraq 5 il ərzində bombardirlər siyahısına liderlik edən "Barselona"nın sabiq hücumçusu Lionel Messiyə aiddir.
Qeyd edək ki, ötən mövsüm "Real"da debüt edən Mbappe 31 oyunda 34 qol vurub.













