Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Matc.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, Premyer Liqanın 11-cisi “Qəbələ”nin və I Liqanın son turunda 2-ci yeri tutmağı bacarmış “Mingəçevir”in nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Qəbələ” idman direktoru Səbuhi Səfiyarlı, “Mingəçevir” isə İdarə Heyətinin sədr müavini Ruslan Həmidov ilə təmsil olunub.

Püşkatmaya əsasən “Qəbələ” nominal meydan sahibi olub. Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov pley-off oyunu ilə bağlı ilkin təşkilati məsələlər, pley-off oyununun qaydaları, nəzərə alınacaq digər məqamlarla bağlı ətraflı məlumat verib, klub rəsmilərinin oyunla bağlı planları dinlənilib.

PFL-in qərarına əsasən, Premyer Liqa uğrunda pley-off oyunu 28 may tarixində “SOCAR Polymer Arena”da keçiriləcək. Görüş saat 18:30-da start götürəcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. Oyunda VAR sistemi tətbiq ediləcək.

Premyer Liqa uğrunda pley-off matçı
28 may (cümə axşamı)

18:30. “Qəbələ” – “Mingəçevir”
“SOCAR Polymer Arena”

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest