"Turan Tovuz"da komandadan ayrılan ilk futbolçu Mark Rene Mampassidir.

Matc.az xəbər verir ki, 22 yaşlı müdafiəçinin müqaviləsinin vaxtı başa çatıb.

Rusiya "Lokomotiv"inə məxsus olan futbolçu "qış transfer" pəncərəsində mövsümün sonunadək icarə əsasında Tovuz klubuna keçmişdi.

Baş məşqçi Kurban Berdiyev futbolçunun xidmətində maraqlı osla da, Mampassinin özü qalmaq istəməyib. Belə ki, futbolçunun ailəsi Avropada yaşayır və bu səbəbdən o, karyerasını Avropada, ailəsi ilə birlikdə davam etdirmək istəyir.

Qeyd edək ki, Mark Rene Mampassi "Turan Tovuz"un heyətində ümumilikdə 14 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest