"Milan"la müqaviləsinin müddəti bitən Kristian Sapatanın yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını "Cenoa" klubunda davam etdirəcək. 
 
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kolumbiya millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb.
 
2012-ci ildə "Milan"a transfer olunan Sapata, "Cenoa"ya azad agent kimi keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest