"Vilyarreal" heyətini iki yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi "Napoli"dən müdafiəçi Raul Albiolu, "Eybar"dan isə yarımmüdafiəçi Ruben Penyanı transfer edib. 33 yaşlı Albiolla 3 illik, 27 yaşlı Penya ilə də 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Raul Albiol 2009-2013-cü illərdə "Real"da forma geyinib. 52 dəfə İspaniya millisində çıxış edən futbolçu 2013-cü ildən "Napoli"də forma geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest