"Ayaks"ın kapitanı Matteys de Liqtin "Yuventus"a transferi düyünə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar heç cür ortaq yol tapa bilmirlər.

Məsələ burasındadı ki, İtaliya çempionu bu keçid üçün qarşı tərəfə son təklif kimi 50+20 milyon ödəməyi boyun olub. Lakin "Barselona" ilə 75 milyon avroda anlaşan Amsterdam təmsilçisi "qoca sinyora"dan da bu məbləği nəğd şəkildə tələb edib. Bu üzdən 19 yaşlı oyunçunun transferi gecikir.

"Yuve" rəhbərliyi de Liqtin "Barselona"ya transfer olunmasından narahatdı. Ancaq digər tərəfdən italyanlar gənc müdafiəçi üçün 75 milyon avro xərc çəkmək istəmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest