"Real"ın müdafiəçisi Serxio Reqilyon klubunu dəyişib. Matc.az xəbər verir ki, gənc futbolçu yeni mövsümdən "Sevilya"da çıxış edəcək.

Əndəlüs klubu 22 yaşlı cinah oyunçusunu 1 il müddətinə icarəyə götürüb. Onun keçidində "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi vasitəçilik edib. çünki Reqilyonu "Real"da əvəzedici heyətdən əsas komandaya ötən mövsüm məhz Lopeteqi cəlb etmişdi.

Qeyd edək ki, Serxio Reqilyon ötən mövsüm La Liqada 14 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest