Futbol üzrə Qazaxıstan çempionatında 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" da növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda əsas rəqibi "Astana" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Tobol" hazırda "Astana" ilə birgə 38 xalla 12 kollektiv arasında zirvəni bölüşür. Sadəcə, "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı "Astana" Emilin komandasından 2 oyun artıq keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest