İngiltərənin "Şeffild Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Everton"dan Fil Jaqelkanı transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.
 
"Şeffild Yunayted"in yetirməsi olan Jaqelka, 2007-ci ildən "Everton"da forma geyinirdi. Müdafiəçi 40 dəfə də İngiltərə millisinin uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest