Rusiyanın "Ufa" klubu Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Premyer Liqa təmsilçisi çexiyanın "Viktoriya" (Plzen) klubu ilə üz-üzə gəlib.
 
Qarşılaşmanın taleyini 1 qol həll edib. çexiya klubunun fasilədən dərhal sonra vurduğu qol "Ufa"nın 0:1 hesablı məğlubiyyətinə gətirib çıxarıb.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest