"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Bakıdakı məşq- təlim toplanışı çərçivəsində bu gün "Sumqayıt"a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"12 gün məşq yükləmələri fonunda yoldaşlıq matçı keçirdik. Bəzi zədəli futbolçularımız vardı. Məğlub olmağımıza baxmayaraq, futbolçuların nümayiş etdirdikləri oyunu qənaətbəxş hesab etmək olar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest