"Trabzonspor" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Vitoriya"dan Noa Savyolonu transfer eedib. Bu barədə klubun mıətbuat xidməti məlumat yayıb.

"Trabzonspor" Savyolo üçün Portuqaliya klubuna 8,5 milyon avro təzminat ödəyəcək. 22 yaşlı vingerlə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Portuqaliya U-21 millisinin üzvü olan Noa Savyolo 2025/26 mövsümündə "Vitoriya"nın heyətində keçirdiyi 30 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest