​"Real" "İnter"in müdafiəçisi Denzel Dumfrisin transferini uğurla başa vurub.

Matc.az xəbər verir ki, niderlandlı futbolçu İspaniya nəhəngi ilə müqaviləyə imza atıb. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

​Transfer Dumfrisin İtaliya təmsilçisi ilə müqaviləsində yer alan sərbəstqalma bəndini aktivləşdirməsindən sonra reallaşıb. Milan klubu 30 yaaşlı sağ cinah müdafiəçisinin keçidindən 20 milyon avro qazanacaq. Təcrübəli oyunçu "Real"la 2030-cu ilin iyununa qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Qeyd edək ki, Niderland millisinin üzvü olan Denzel Dumfris "İnter"in heyətində ​2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 28 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest