09 İyun 2026, 16:55
FUTBOL
"Barselona"nın futbolçusu Rafinya Səudiyyə Ərəbistanı klublarının transfer siyahısına düşüb.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Əl-Hilal" və "Əl-Nəsr" braziliyalı vingeri transfer etmək istəyir. Hər iki klub Rafinya üçün 80 milyon avro ödəməyə hazırdır. Ərəblər 29 yaşlı oyunçuya İspaniyada qazandığı maaşın dörd qatını təklif edəcək.
Qeyd edək ki, Rafinya ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 33 oyunda 21 qol vurub, 8 qol ötürməsi edib.



_1781026155.jpg)









