FİFA Şurasının Ruandada keçirilən yığıncağında quruma üzv olan assosiasiyalara ödənilən vəsaitlə bağlı qərar qəbul olunub. Matç.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, təşkilat qarşıdakı 4 il üçün nəzərdə tutulan məbləği artıracaq.

2019-22-cü illərdə FİFA üzvü olan 211 assosiasiyanın hər birini futbolun inkişafına xərcləmək üçün 6 milyon dollara yaxın vəsaitlə təmin edəcək. Bu da 2015-18-ci illəri əhatə edən dövrlə müqayisədə 1 milyon dollar çoxdu.

Bu vəsait yalnız FİFA tələblərinə uyğun gələn ölkələrin assosiasiyalarına ayrılacaq. Qurum 6 milyonun hansı yollarla xərclənməsini də tələb kimi qoyub.

AFFA və digər ölkələrin assosiasiyaları ildə 1 milyon dolları əməliyyat və təşkilatı məsələlərə xərcləməlidi. Bunun yarısı 10 konkret fəaliyyət növü üçün ayrılıb. öhdəliklər arasında kişilər, qadınlar, gənclər və yeniyetmələrə üçün müxtəlif turnirlərin keçirilməsi, hakimləri üçün proqramlar kimi şərtlər var.

Dördillik dövr üçün nəzərdə tutulan digər 2 milyon dollar isə konkret layihələr üçün nəzərdə tutulub. Bu layihələr qurumla razılaşdırılmış məqsədlərə xidmət etməlidi.

Qeyd edək ki, FİFA milli assosiasiyalarla yanaşı qitə konfederasiyalarına da müəyyən vəsait ayırmaq barədə qərar qəbul edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest