"Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bakı təmsilçisi son klubu "Zirə" olan Mirsahib Abbasovu transfer edib. 
 
26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. "Səbail" Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyanın "Universitatya Krayova" klubu ilə keçiriləcək oyunlar üçün UEFA-ya təqdim etdiyi iştirak ərizəsində Mirsahib Abbasovun adını qeyd edib. Mirsahib, "Səbail"in bir müddət əvvəl "Neftçi"dən icarəyə götürdüyü Mirabdulla Abbasovun qardaşıdı.
 
Abbasovla yanaşı, Fərhad Vəliyev də Avroliqanın ilk mərhələsinin oyunları üçün heyətə daxil edilib. Son mövsümü "Səbail"də keçirən Vəliyev, bir müddət əvvəl karyerasını bitirdiyini açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest