"Yuventus"un hücumçusu Kriştianu Ronaldo Portuqaliya yığmasına qayıdır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, superulduz noyabrdan etibarən komandasına kömək edə biləcək.

"Qoca sinyora"ya yeni transfer olunduğu zaman uyğunlaşma dönəmini uğurla keçirmək üçün yığmaya çağırılmamasını yerli federasiyadan xahiş edən 34 yaşlı forvard artıq milli üçün hazırdı. O, noyabrda Millətlər Liqasının qrup mərhələsində İtaliya ilə görüşdə dönüşünü qeyd edəcək.

Portuqaliya Millətlər Liqasının son iki turunda İtaliya (17 noyabr) və Polşa (20 noyabr) ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest