"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Bakıdakı təlim-məşq toplanışı çərçivəsində bu gün "Zirə"yə qarşı keçirdikləri yoxlama oyunu barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, 5:3 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"Hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirdik. Komanda gündə iki dəfə məşq edir. Fiziki yüklənmədən sonra futbolçuları oyunda yoxlamaq istəyirdik. Hər hissədə fərqli heyətlərə şans verdik. Taktiki-texniki cəhətdən futbolçulardan heç bir tələbimiz yox idi. Əsas olan hərəkətlilik idi. Məncə, futbolçular fiziki yüklənməyə rəğmən, normal təsir bağışladılar. Sevindiricidi ki, əvvəlkindən fərqli olaraq, qol fürsətlərini dəyərləndirə bildik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest