Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" növbət mövsümə hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" qonşu ölkədəki hazırlıq prosesinin üçüncü gününü arxada qoyub. 
 
Komanda günü bir məşqlə başa vurub. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşib. Futbolçular əsasən toplu təmrinləri yerinə yetiriblər. 
 
Bərpa prosesi davam edən Rasim Ramaldanov komandadan ayrı hazırlıq keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest