İngiltərənin "Norviç Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Şalke" klubunun qapıçısı Ralf Fermannı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı qolkiper bir mövsümlük icarəyə götürülüb.
 
Almaniyalı futbolçu "Şalke"nin yetirməsi olsa da, bir müddət Frankfurt "Ayntraxt"ında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest