Futbol üzrə Amerika kubokunda bürünc medalı qazanan Argentina millisinin kapitanı Lionel Messi mükafatlandırma mərasiminə qatılmayıb. Matc.az xəbər verir ki, o, bunu hakimlərin onlara qarşı qərəzli olması ilə əlaqələndirib:
 
"Biz korrupsiya və hörmətsizliyin qurbanı olmamalıyıq. üçüncü olduq, ancaq daha artığına layiq idik. Hakimlər finala çıxmağımıza imkan vermədilər. Korrupsiya və hakimlər insanların futboldan zövq almağına mane oldu. Futbol məhv olur. Düzünü demək lazımdı. 
 
Braziliya Amerika kubokunu qazanacaqmı? Bununla bağlı şübhəm yoxdu. Təəssüf ki, hər şey Braziliya üçün edilir. ümid edirəm ki, hakimlər finalda nəyəsə təsir etməyəcək. Peru da mübarizə aparacaq. Ancaq çətin olacaq".
 
Qeyd edək ki, bürünc medal uğrunda keçirilən Argentina – çili matçının 37-ci dəqiqəsində Messi, rəqib futbolçu Qari Medellə dava edib. Belə ki, ikili mübarizə zamanı Messi rəqibini arxadan itələyib. Bunun qarşılığında isə Medel sinəsi ilə onu itələyib. Baş hakim Mario Dias de Vivara isə hər iki oyunçuya birbaşa qırmızı vərəqə göstərib.
 
Bu, Messinin karyerası ərzində ikinci qırmızı vərəqəsi olub. Bundan əvvəl o, 2005-ci ilə Macarıstanla yoxlama görüşündə meydandan qovulmuşdu. Halbuki o, formasını geyindiyi "Barselona" klubunun heyətində keçirdiyi heç bir matçda qırmızı vərəqə almayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest