Türkiyənin "Rizəspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi İsveçin "Kalmar" klubunun hücumçusu Mustafa El Kabiri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı mərakeşli forvardla 1+1 illik müqavilə imzalanıb.
 
El Kabir Türkiyədə əvvəllər də bir neçə komandada oynayıb. O, "Gənclərbirliyi", "Antalyaspor" və "Ankaragücü" klublarının heyətində 107 oyuna çıxıb, 24 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Mərakeşli hücumçu azərbaycanlı futbolçu Emin Nurinin də formasını geyindiyi "Kalmar"da bu ildən çıxış edirdi.
 
"Rizəspor" daha öncə ukraynalı futbolçu Mikola Morozyukun transfer hüquqlarını almış, həmçinin Almaniyanın "Verder" klubundan Atakan Akkaynakı icarəyə götürmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest